Bu ilin yanvar-aprel aylarında Azərbaycan xarici ölkələrlə 11,639 milyard dollar dəyərində ticarət əməliyyatı aparıb. FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin analoji dövrü ilə müqayisədə 34,12% çoxdur.
Son 1 ildə İxrac 25.44% artaraq 7,089 milyard dollar, idxal isə 50.33% artaraq 4,549 milyard dollar təşkil edib
Ümumilikdə xarici ticarət dövriyyəsində 2,541 milyard dollarlıq müsbət saldo yaranıb. Bu göstərici illik müqayisədə 3,23% azdır.
 
                                                    
                                                    
                    Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu azalıb
                            
                            
                        
                            15:57
                            21 May 2019
                        
                        



            
                
                
                
                
                
                
                
                
                
                
                
                







