Dünya birjalarında neft bahalaşıb.
FED.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,85 dollar və ya 1,35% artaraq 63,61 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 1 dollar və ya 1,38% artaraq 73,21 dollar təşkil edib.
FED.az-ın «Birja» xəbərlərini Azərbaycanın aparıcı investisiya şirkəti olan PSG-Kapital Investisiya şirkəti təqdim edir.