Bu ilin yanvar-aprel aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 7 milyard 503,4 milyon manat, xərcləri isə 7 milyard 220,5 milyon manat təşkil edib.
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin aylıq hesabatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 13,3% və 21,0% çoxdur.
Son nəticədə büdcədə 282,9 milyon manatlıq qalıq yaranıb.