Maliyyə naziri Samir Şərifov hesab edir ki, 2019-cu ildə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) özəlləşdirilməsi ehtimalı azdır.
“Biz, əvvəl olduğu kimi, ABB-nin özəlləşdirilməsində maraqlıyıq, lakin bu məsələdə irəliləyiş yoxdur. Prosesin cari il həyata keçiriləcəyini düşünmürəm”, - S.Şərifov bildirib.
Eləcə də bax: Samir Şərifovun “907-cü düzəliş” - AÇIQLAMASI
FED.az xəbər verir ki, öncə də S.Şərifov ABB-nin özəlləşdirilməsi prosesində irəliləyişin olmadığını bəyan etmişdi. Onun sözlərinə görə, buna səbəb investorların olmamasıdır.
Daha əvvəl Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ABB-nin restrukturizasiyası və özəlləşdirilməsində iştiraka maraq ifadə edib.
ABB 1992-ci ildə yaradılıb və ölkənin ən iri bankıdır. Bankın əsas səhmdarı Azərbaycan Maliyyə Nazirliyidir.