17 may 2019 14:15

"ABŞ Azərbaycana daha çox investisiya yatırmaq istəyir"

"ABŞ Azərbaycana daha çox investisiya yatırmaq istəyir".

FED.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın Maliyyə naziri Samir Şərifov deyib.

Onun sözlərinə görə, iki ölkə arasında müxtəlif sahələrdə kifayət qədər yaxşı potensial mövcuddur, ən vacibi isə əvvəlki illərdə investisiyalar üçün yaradılmış münbit çərçivədir.

Eləcə də bax: Samir Şərifovun “907-cü düzəliş” - AÇIQLAMASI

"ABŞ bundan sonra da öz şirkətlərinin Azərbaycana investisiyalarının davam etdirilməsini şərtləndirəcək", - deyə nazir qeyd edib.

Nazir, həmçinin, bildirib ki, ABŞ tərəfi Azərbaycana turizm, nəqliyyat, logistika, tranzit imkanlarından daha geniş istifadə edilməsini də təklif edib: "Bunların sırasında gələcək əməkdaşlığın prioritet sahələrini əsasən ticarət imkanlarının araşdırılması, təhlili və ölkələr arasında ticarət dövriyyəsinin, ixracın artırılması, qarşılıqlı investisiyaların həcminin artırılmasını qeyd etmək olar", - deyə nazir bildirib.

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz