17 may 2019 08:16

"Green Card" ləğv edilir? - ABŞ-A KÖÇMƏK ÜÇÜN YENİ QAYDA

ABŞ-a köçmək istəyənlər üçün bal sistemi tətbiq ediləcək.

FED.az xarici mətbuata istinadən xəbər verir ki, Ağ Evdə çıxış edən ABŞ prezidenti Donald Tramp deyib ki, sözügedən sistemlə əcnəbilər bir sıra bacarıqlarına görə seçiləcək: 

“Kanadada, eləcə də bir çox digər müasir ölkələrdə olduğu kimi, biz asan anlaşılan, bal əsasında sistem yaradırıq. Əgər siz gənc işçisinizsə, çox bal alacaqsınız. O mənada ki, siz bizim sosial müdafiə sistemimizə daha çox töhfə verə bilərsiniz”.

Onun sözlərinə görə, ABŞ indi ölkədə öz biznesinə başlamaq istəyən “insanları itirir”.  “İndi onların şansı olacaq” – prezident söyləyib.

“Amerikalıların hüquqları qorunsun deyə, imiqrantlarların maddi vəziyyəti yaxşı olmalıdır” – deyə, dövlət başçısı qeyd edib.

Eləcə də bax: ABŞ səfirliyindən «Qrin Kart» açıqlaması – «ONLARA İNANMAYIN»

Xatırladaq ki, proqram Prezidentin müşavirləri Cared Kuşner Stiven Miller və Kevin Hast tərəfindən hazırlanıb.

Miqrantların qəbul sistemi indiyədək ailələrin birləşmələrinə daha çox əsaslanıb. Bundan sonra sistem elə dəyişdiriləcək ki, ingilis dilini bilənlərə, təhsilli və iş təklifi alanlara üstünlük verilsin. Digər tərəfdən, islahat "Green Card" kimi tanınan daimi yaşayış hüququ üzrə lotereyanın tam ləğv edilməsini nəzərdə tutur.

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz