“Gürcüstanda fəaliyyət göstərən Azərbaycan şirkətlərinə qarşı kampaniya cəhdləri iki ölkə arasında uğurlu biznes əlaqələrinə zərər vurur”.
FED.az xəbər verir ki, bunu Gürcüstanın biznes ombudsmanı İrakli Lekvinadze Azərbaycan şirkətlərinin nümayəndələri ilə görüşdə bildirib.
Görüşdə bildirilib ki, Keşikçi Dağı Məbəd-Kompleksi ilə bağlı yaranmış vəziyyətin fonunda Gürcüstandakı Azərbaycan şirkətlərinə qarşı kampaniya aparılır.
Eləcə də bax: Muzdla işləyənlərin əksər hissəsi təhsil və ticarət sahəsində çalışır
Azərbaycan şirkətlərinin nümayəndələri qeyd ediblər ki, bu cür kampaniya ölkələr arasındakı münasibətlərlə yanaşı şirkətlərin fəaliyyətinə də ziyan vurur. Onların sözlərinə görə, bu cür hərəkətlər həmçinin Gürcüstan iqtisadiyyatına və Azərbaycan şirkətlərində fəaliyyət göstərən işçilərə də mənfi təsir göstərir.
İ.Lekvinadze sosial şəbəkələrdə Azərbaycan şirkətlərinə qarşı aparılan kampaniya cəhdlərini müşahidə etdiyini deyib: “Azərbaycandan olan bir çox investorlar Gürcüstanda uğurla fəaliyyət göstərirlər və bu cür kampaniyalar yolverilməzdir”.
Biznes ombudsman Gürcüstanda fəaliyyət göstərən Azərbaycan şrkətlərinin fəaliyyətinə dəstək verməyə hazır olduğunu bildirib.