“PSG Kapital İnvestisiya Şirkəti” QSC-nin direktor müavinləri Cəfər İbrahimli və Nəriman Yaqubov vəzifələrini tərk etdikləri bildirilir.
Məlumata görə, “PSG Kapital İnvestisiya Şirkəti” QSC-nin direktor müavini Cəfər İbrahimli əmək fəaliyyətini Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin direktor müavini kimi davam etdirməli idi. Lakin məsələ ilə bağlı FED.az-a açıqlama verən Cəfər İbrahimli hələ məsələnin açıq qaldığını bildirib.
Eləcə də bax: "AFB Bank"da 3 filial müdiri işdən çıxarıldı
Nəriman Yaqubov isə “PSG Kapital”-ı tərk etdiyini və fəaliyyətini “BTB Kapital İnvestisiya Şirkəti” ASC-nin Portfel idarəçiliyi departamentinin direktoru kimi davam etdirdiyini təsdiq edib.
Qeyd edək ki, “PSG Kapital”a isə yeni direktor müavini “Gilan Holdinq” MMC-nin törəmə strukturu - “United Enterprices Azerbaijan” MMC-nin büdcə şöbəsinin müdiri olan Fəxri Səttarov təyin olunub.
“PSG Kapital”dan “BTB Kapitala” transfer olub
12:35
14 May 2019