Bir ədəd "Toyota Corolla" və “Volkswagen Passat” markalı avtomobillərin 5 aylıq kirayəsinə "Enerji Məsələlərini Tənzimləmə Agentliyi" PHŞ 12 832 manat xərcləyib.
FED.az xəbər verir ki, büdcə təşkilatı bu xidmətlərə görə "EZ GROUP" MMC ilə müvafiq olaraq 6 195 manat və 6 637 manat dəyərində iki satınalma müqaviləsi imzalanıb.
Xatırladaq ki, bu ilin martında agentlik 1 ədəd "Toyota Camry"nin 5 aylıq kirayəsi üzrə "Bookingcar" MMC ilə 12 500 manatlıq satınalma müqaviləsi imzalayıb.
Eləcə də bax: Azərbaycanda çoxmilyonluq tenderin - nəticəsi açıqlandı – QALİBLƏR, MƏBLƏĞLƏR