Xəbər verildiyi kimi, prezident İlham Əliyevin dollar kreditlərinin tənzimlənməsi ilə bağlı fərmanından sonra aprelin 22-dən kompensasiyaların verilməsinə başlanılıb. FED.az xəbər verir ki, artıq ölkənin əksər banklarında və "Azərpoçt"da kompensasiyaların verilməsi davam edir. Ayrı-ayrı krelit təşkilatları da problemli kreditlər üzrə ödənilən kompensasiyaların məbləğlərini açıqlamağa başlayıblar.
Eləcə də bax: Gəlirləri ən çox artmış 5 bank - RENKİNQ
"Unibank"
Hələki ən böyük kompensasiya məbləği «Unibank»dadır. Bankdan verilən məlumata görə, kompensasiyaların ödənilməyə başladığı gündən bu günə qədər bank 39 min nəfərə 33,3 mln manatdan çox kompensasiya ödəyib.
"Bank of Baku"
Bankdan verilən məlumata görə, kompensasiyaların ödənilməyə başladığı gündən bu günə qədər bank 38 min nəfərdən çox müştəriyə 20 mln manatdan çox kompensasiya ödəyib.
"Ata Bank"
Məlumata görə, bu günə kimi Ata Bank isə 3564 nəfərə 2, 800 mln manatdan çox kompensasiya ödəyib.
"Amrahbank"
Kompensasiya ödəyən digər banklardan biri - «Amrahbank» isə bu günə kimi 3926 nəfərə 4,583 mln manat kompensasiya ödəyib.
Xatırladaq ki, Prezident İlham Əliyevin "Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixli fərmanı ilə aprelin 22-dən vətəndaşlara problemli kreditlərlə bağlı kompensasiyalar ödənilir. Ümumilikdə kompensasiya alacaq şəxslərin sayı isə 602 347 nəfər təşkil edir.