"Mənzil-İstismar Kontorlarının (MİK) səlahiyyətləri ilə bağlı qeyri-müəyyənlik sakinlər tərəfindən çoxmənzilli yaşayış binalarının qeyri-yaşayış sahələrini idarə etmək və saxlamaq üçün cəmiyyət, başqa sözlə, kondominiumlar yaradana qədər davam edəcək".
FED.az xəbər verir ki, bu barədə ekspert-hüquqşünas Əkrəm Həsənov MİK-lərin bina sakinlərindən vəsaitlər toplaması ətrafındakı vəziyyəti şərh edərkən bildirib.
"Bina mənzil sahiblərinin cəmiyyəti tərəfindən idarə olunmalıdır, yəni onlar belə bir cəmiyyət yaratmalı, onu Ədliyyə Nazirliyində qeydiyyatdan keçirməli, komendant təyin etməli və özləri lift, zibilin atılması və s. üçün ödənişləri müəyyənləşdirməlidir. Bunu faktiki olaraq yerli icra hakimiyyətinin strukturu olan MİK-lər və söhbət yeni tikililərdən gedirsə, mənzil-tikinti kooperativi (MTK) etməməlidir", - Ə.Həsənov deyib.
Eləcə də bax: Hesablama Palatasının bir sıra səlahiyyətləri ləğv edilir
Ekspert-hüquqşünas Əkrəm Həsənov
Bina mənzil sahiblərinin cəmiyyəti tərəfindən idarə olunmalıdır, yəni onlar belə bir cəmiyyət yaratmalı, onu Ədliyyə Nazirliyində qeydiyyatdan keçirməli, komendant təyin etməli və özləri lift, zibilin atılması və s. üçün ödənişləri müəyyənləşdirməlidir. Bunu faktiki olaraq yerli icra hakimiyyətinin strukturu olan MİK-lər və söhbət yeni tikililərdən gedirsə, mənzil-tikinti kooperativi (MTK) etməməlidir.
Ekspertin sözlərinə görə, Azərbaycanın Mənzil Məcəlləsində çoxmənzilli binaların idarə olunması və onlara xidmət göstərilməsi üzrə hansısa MİK-lərin və ya MTK-ların fəaliyyəti nəzərdə tutulmur: "Qanuna əsasən, yeni tikilinin inşaası başa çatdıqdan və bina istismara verildikdən sonra MTK ləğv olunmalıdır. Lakin sakinlər təsərrüfat məsələləri ilə məşğul olmaq üçün kondominiumlar yaratmadığından çoxmərtəbəli binalarda bu funksiyanı komendantlar, beşmərtəbəli və digər köhnə yaşayış binalarında isə MİK-lər yerinə yetirir. Bununla yanaşı, sakinlər onlara bu və ya digər xidmətə görə hər hansı vəsait ödəmək məcburiyyətində deyillər və müvafiq olaraq, buna görə cərimə edilə bilməzlər, ödəniş edilmədiyinə görə də məsuliyyət daşımırlar. Ancaq məsələ bundadır ki, mənzil sahibləri heç bir cəmiyyət yaratmırsa, bunu MİK də olmasa, kim edəcək?"
"MİK-i ləğv etmirlər, çünki onlar əslində faydalı, keçid funksiyasını yerinə yetirir. MİK olmasa, binaların təmizliyinə, liftin saxlanmasına, zibillərin təmizlənməsinə kim nəzarət edəcək? Amma qanun qanundur və onlar qanunsuz strukturlardır", - o vurğulayıb.
Ekspert-hüquqşünas Əkrəm Həsənov
MİK-i ləğv etmirlər, çünki onlar əslində faydalı, keçid funksiyasını yerinə yetirir. MİK olmasa, binaların təmizliyinə, liftin saxlanmasına, zibillərin təmizlənməsinə kim nəzarət edəcək? Amma qanun qanundur və onlar qanunsuz strukturlardır.
Qeyd edək ki, yaşayış binalarında mənzil sahibləri yaşayış sahəsinə və kommunal xidmətlərə - binanın idarə olunması üzrə xidmət və işlərə görə ödənişi, ümumi mülkiyyətin saxlanılması, cari və əsaslı təmirinin aparılmasını əhatə edən saxlanma və təmir xərclərinə; elektrik təchizatı, isti və soyuq su təchizatı, qaz təchizatı, kanalizasiya və isitməyə görə ödəniş etməlidir. Bundan əlavə, "ümumi mülkiyyət" anlayışına mənzillərarası pilləkan sahələri, liftlər, şaxtalar, texniki mərtəbələr, çardaqlar, zirzəmilər və s. daxildir. Onların saxlanması da müəyyən ödəniş tələb edir. Kommunal ödənişlər istisna olmaqla, digər xidmət növlərinə görə tariflərin miqdarı sakinlərin özləri tərəfindən müəyyənləşdirilməlidir.
Bələdiyyə vergisinə gəlincə, Ə.Həsənovun sözlərinə görə, sakinlər onu icbari qaydada yerli bələdiyyəyə ödəməlidir. Vergi məbləği vergi qanunvericiliyinə uyğun olaraq, mənzilin yerləşdiyi əraziyə, sahəsinə görə müəyyənləşdirilir.