Konstitusiya Məhkəməsi Ali MəhkəmAzərbaycanın Konstitusiya Məhkəməsində Ali Məhkəmənin daha bir qərarı ləğv edilib. FED.az xəbər verir ki, Fərhad Abdullayevin sədrliyi Konstitusiya Məhkəməsi Plenumunun konstitusiya məhkəmə icraatı qaydasında növbəti açıq məhkəmə iclası keçirilib.
İclasda “POSCO DAEWOO” Korporasiyasının şikayəti üzrə Azərbaycanın Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 16 may tarixli qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim S.Salmanovanın məruzəsini, ərizəçinin nümayəndəsinin çıxışını, ekspertlərin rəylərini dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.
Qeyd edək ki, söhbət "POSCO DAEVVOO CORPORATİON" Şirkətinin Azərbaycan Respublikasındakı filialının Azərbaycanın bir neçə şirkətinə qarşı qaldırdığı iddiadan gedir. Bunlar "LOGESTİCS GROUP" MMC, "BAGHLAN GROUP" FZCO (AZAD ZONA ŞİRKƏTİNİN) Azərbaycandakı filialı, «PETROLEUM SERVİCES GROUP SA» Şirkətinin Azərbaycan respublikasındakı filiali və "CİTY BUS" MMC şirkətlərindən gedir. Mübahisənin mövzusu Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr, alqı-satqı müqaviləsi üzrə mübahisələr və sairdir.
FED.az xəbər verir ki, mübahisə təkcə Azərbaycanın deyil, Cənubi Koreyanın məhkəmə orqanlarında da araşdırılıb. Koreyanın Kommersiya Arbitraj Şurası bu mübahisə ilə bağlı 12 iyun tarixdə qərar da qəbul edib.
Bundan sonra “POSCO DAEWOO” Korporasiyası həmin qərarın Azərbaycan Respublikasında da tanınması və məcburi icra edilməsinə dair vəsatət qaldırıb. Amma Ali Məhkəmə bu vəsatəti təmin etməyib və bununla bağlı qərardad verib.
Qərardaddan narazı qalan Koreya şirkəti məsələnin Konstitusiya Məhkəməsinə çıxarılmasına nail olub. Nəticədə həmin məsələ Konstitusiya Məhkəməsinin bu dəfəki iclasında müzakirə edilib və Ali Məhkəmənin çıxardığı qərardad ləğv edilib.
Konstitusiya Məhkəməsinin qərarında deyilir ki, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının Koreya Kommersiya Arbitraj Şurasının 2017-ci il 12 iyun tarixli qərarının Azərbaycan Respublikasında tanınması və məcburi icra edilməsinə dair “POSCO DAEWOO” Korporasiyasının vəsatətinin (ərizəsinin) təmin edilməməsi barədə 2018-ci il 16 may tarixli qərardadı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə, 127-ci maddəsinin II və VII hissələrinə, Mülki Prosessual Məcəllənin 476-cı maddəsinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin.
İşə bu qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq mülki prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.
Azərbaycanda Ali Məhkəmənin məşhur şirkətlə bağlı – QƏRARI LƏĞV EDİLDİ
18:53
23 Aprel 2019