Bəzi avtomobil kreditlərində kredit bir şəxsin adınadır, lakin borcu digəri, yəni avtomobili alan ödəyib, bu halda kompensasiya necə ödəniləcək?
FED.az xəbər verir ki, iqtisadçı-ekspert Vüqar Bayramov bu sualı cavablandırıb. Ekspert bildirib ki, müraciətlər əsasən belə halların da sayı az deyil. "Bu halda krediti ödəyən şəxs məhkəməyə müraciət etməklə krediti onun ödədəyini təsdiq etməlidir. Məhkəmə qərarından sonra kompensasiya borcu qaytarana ödənilə bilər".
Eskpert əlavə edib ki, kompensasiyaların iyunun əvvəlinədək verilməsi nəzərdə tutulub. "Buna görə də, kompensasiya alacaq vətəndaşlarımız və o cümlədən, ödəniş etmiş zaminlər daha qısa zamanda hüquqi proseduraları keçməyə çalışmalıdırlar", - deyə, V. Bayramov bildirib.
Eləcə də bax: Şəhid ailələrinin kredit borcu silinəcək - MÜZAKİRƏLƏR BAŞLADI