ASC “Standard Insurance” Sığorta Şirkətinin sığorta ehtiyyatlarının həcmi azalıb.
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə Sığorta Şirkətinin 1 yanvar 2019-cu il tarixinə açıqladığı maliyyə hesabatında bildirilib.
“Standard Insurance”nin cəmi öhdəlikləri bu ilin əvvəlində 15,33 mln manat təşkil edib ki, bunun da 5,97 mln. manatı sığorta ehtiyyatlar (qeyri-həyat sığorta sahəsi üzrə) təşkil edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 22 faiz kiçilməsi deməkdir.
Sığorta Şirkətinin cəmi aktivləri bu ilin əvvəlində 12,22 mln. manat ətrafında olub. Bu da illik 12 faiz kiçilmə olması deməkdir.
“Standard Insurance” ötən il üzrə 217 min manatdan çox xalis mənfəət edib.
Xatırladaq ki, “Standard Insurance” ASC 2002-ci ildən fəaliyyıta başlayıb, nizamnamə kapitalı hazırda 11 mln. manatdır. Sığorta Şirkətinin səhmləri bir hüquqi şəxs olan “AB Standard” Şirkətlər Qrupuna (Bağlanan “Bank Standard” QSC-nin səhmdarı) məxsusdur.
Eləcə də bax: Azərbaycandakı ticarət mərkəzlərində çalışanların çoxu sığortasızdır - VİDEOREPORTAJ