"Palmali Holding" ABŞ və İndoneziyada ofislərini açıb.
FED.az xəbər verir ki, bunu holdinqin sahibi azərbaycanlı iş adamı Mübariz Mənsimov bildirib.
İş adamı qeyd edib ki, yeni müqavilələrin bağlanması, daha 5 gəminin alınması nəzərdə tutulur:
"Günəşli bahar günündə bu gözəl xəbəri sizin də duymanızı istədim. "Palmali Holding" böyüməyə davam edir. ABŞ və İndoneziyada ofislərimizi açdıq. Yeni müqavilələr, möhtəşəm anlaşmalarla sıralarımızı daha da genişləndirəcəyik. Daha 5 gəminin alınmasına imza atacağıq. Yanımda sadiq və professional komanda olduğu müddətdə daha çox uğura imza atacaq, okeanlar aşacağıq. Bu arada qürurla elan etmək istəyirəm ki, "Palmali"də çalışan azərbaycanlıların, gəmiçilərin sayı 10 mini ötdü. Biz birlikdə güclüyük! Bir olaq, birlik olaq!"
©Marja