Bu ilin yanvar-mart aylarında Azərbaycan 2,005 mln. ABŞ dolları dəyərində 308,4 ton çay ixrac edib.
FED.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə məbləğ baxımından 331 min dollar (14,2%), həcm baxımından isə 45,6 ton (12,9%) azdır.
Eyni zamanda Azərbaycan 3 ay ərzində 9,986 mln. dollar dəyərində 2,7 min ton çay idxal edib. Bu isə illik müqayisədə məbləğ baxımından 1,871 mln. dollar (15,8%), həcm baxımından isə 366 ton (11,9%) azdır.
Hesabat dövründə çay ixracı Azərbaycanın ümumi ixracının 0,04%-ni, çay idxalı isə ölkənin ümumi idxalının 0,32%-ni təşkil edib. İdxal ixracı 8,75 dəfə üstələyib.
Qeyd edək ki, Azərbaycanın 3 aylıq ticarət dövriyyəsinin 4 484,55 mln. dolları ixracın, 3 135,58 mln. dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 43,1%, idxal isə 33,7% artıb.