Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Bakının Baş Planın hazırlanması ilə bağlı keçirilən açıq tenderin qalibi Almaniyanın “AS+P” şəhərsalma şirkəti olub.
FED.az xəbər verir ki, “AS+P” şirkəti ilə 6 mln. 391 min 231 dollar ( 10 mln. 865 min 92 manat) məbləğində satınalma müqaviləsi bağlanılıb.
Qeyd edək ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi əməkdaşlığa cəlb etdiyi “AS+P” şirkəti ilə birlikdə Bakının Baş planının hazırlanması prosesinin 2-ci mərhələsinin reallaşdırılması fazasına start verir. Bu mərhələdə görüləcək işlər 1-ci mərhələdə “Boston Consulting Group” beynəlxalq məsləhətçi şirkətinin iştirakı ilə Komitə tərəfindən hazırlanmış Bakı şəhərinin inkişaf konsepsiyası ilə müəyyənləşdirilmiş inkişaf prioritetləri üzərində qurulacaq.