Zığ şosesinin 10 km hissəsi “8 Noyabr” prospektinə əlavə olunub.
Eləcə də bax: Nobel prospektinin adı dəyişdirildi - “8 Noyabr” Oldu
FED.az xəbər verir ki, Bakı şəhər İcra Hakimiyyətindən bildirilib ki, prospektdə son illərdə geniş abadlıq-yenidənqurma işləri aparılaraq əhəmiyyətli dərəcədə dəyişikliklər edilib.
Zığ sossesinin Cəmşid Naxçıvansi adına Hərbi Liseyə qədər olan hissəsinin də bu prospektə qatılması ilə onun uzunluğu 10 km-ə yaxın uzanmış və bununla da prospekt Bakı şəhərinin ən böyük prospektlərindən birinə çevrilib.
Qeyd edək ki, Xətai rayonunda yerləşən “Nobel” prospektinin və “Zığ şossesi”nin Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qədər olan hissəsinin adı dəyişdirilərək “8 Noyabr” prospekti adlandırılıb.
"Hərbi Qənimətlər parkı”nın yerləşdiyi bu prospektdə gələcəkdə “Zəfər” muzeyinin yaradılması məqsədəuyğun olacaq.