Qarabağda tikilməkdə olan Zəngilan Beynəlxalq Hava Limanına kod təyin edilməsi ilə bağlı Beynəlxalq Mülki Aviasiya Təşkilatından (ICAO) müsbət rəy alınıb.
FED.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilir.
«Hava Limanına ICAO-nun dördhərfli “UBBZ” kodu təyin olunub. Bu barədə məlumat ICAO-nun “Məkan indeksləri)” (ICAO Doc 7910/182) nəşrinin 2022-ci il mart buraxılışında dərc olunaraq beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılacaq”, - məlumatda qeyd olunur.
Zəngilan Hava Limanının inşasına 2021-ci ilin aprel ayında başlanılıb (2022-ci ildə istifadəyə verilməsi planlaşdırılır - İF).
Hava Limanı regionda böyük, müasir standartlara cavab verən logistik habın yaradılmasına töhfə verəcək.