“Zəngəzur dəhlizinin açılmasından sonra Çindən Azərbaycana və digər ətraf ölkələrə gələn yüklər iki həftə vaxt udmuş olacaq. Bu, həmçinin qiymətə qənaət deməkdir. Sahibkarlarımız daha çox gəlir əldə edəcək”.
Eləcə də bax: Azərbaycan XİN-dən Paşinyanın iddialarına - CAVAB
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Strateji planlaşdırma və inkişaf departamentinin müdiri Xudayar Həsənli deyib.
O bildirib ki, Gürcüstan limanlarının alternativi olmadığına görə qiymət bahadır. Həm vaxt, həm qiymət baxımından Zəngəzur dəhlizi bizə qlobal logistikada çox kömək edəcək.