Azərbaycanın Mədəniyyət Mərkəzi elan edilmiş Şuşa şəhərini işğaldan azad edərkən rəşadətli Ordumuzun istifadə etdiyi Zəfər yolunun tikintisi davam etdirilir.
Eləcə də bax: Füzuli aeroportu sərnişinləri bu ilin payızından sonra - Qəbul Edə Biləcək
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Avtomobil Yollarının İstismarı və Təmiri Baş İdarəsinin rəis müavini Hidayət Rüstəmov avqustun 6-da keçirilən 2021-ci ilin altı ayı ərzində yerinə yetirilmiş işlər və qarşıda duran vəzifələrə həsr olunmuş brifinqdə deyib.
O bildirib ki, bu yol M-6 Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun 149-cu kilometrindəki Əhmədbəyli kəndindən başlayır və Füzuli şəhəri, Böyük Tağlar kəndi, Topxana meşəsi, Daşaltı kəndindən keçərək Şuşa şəhərinə çatır. Yolun layihə uzunluğu 101,9 kilometrdir. Zəfər yolu 2 hərəkət zolaqlı olmaqla 2021-ci ilin sentyabr ayının sonunda istifadəyə verilməsi nəzərdə tutulur. (Azərtac)