Azərbaycanda dəmir yolları ilə nəqliyyat xidmətini həyata keçirən “Azərbaycan Dəmir Yolları” QSC-də yeni baş inzibatçı təyin edilib.
“AccessBank”ın departament rəhbəri - “Yüksəliş” Müsabiqəsinin Qalibi Oldu
FED.az Banker.az-a istinadən xəbər verir ki, “Yüksəliş” müsabiqəsinin qaliblərindən olan Orxan Yusibov aydın oğlu ADY-nin Baş maliyyə inzibatçısı (CFO) təyin edilib.
O, vəzifəsinin icrasına 2021-ci ilin iyulundan başlayıb.
Orxan Yusibov 2019-cu ilin fevralından bu günə qədər ADY-nin Maliyyə və iqtisadi departamentinin strukturunda olan şöbənin rəisi kimi çalışırdı.
Orxan Yusibov 1990-cı ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə ixtisası üzrə bakalavriat, İngiltərədə Eseks Universitetində (The University of Essex) Maliyyə və iqtisadiyyat ixtisası üzrə magistratura təhsili alıb.
“YÜKSƏLİŞ” – istedadlı kadrların seçilməsi, inkişaf etdirilməsi üzrə müsabiqədir. Hər bir qalibə fərdi inkişaf üçün 20 min AZN-lik qrant təqdim edilir. Cari ilin 14 iyulunda “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsi qaliblərin adlarını açıqlayıb. Müsabiqənin finalında iştirak edən 112 namizəddən 27-si qalib adını qazanıb. Onlar müsabiqəyə müraciət edən 11 760 nəfər arasından idarəçilik səriştə və bacarıqlarına görə seçilən şəxslərdir.