Azərbaycanda 2018-ci ilin yanvar ayında nəqliyyat xidmətlərinin qiymətləri ötən ilin dekabr ayına nisbətən 0,3% ucuzlaşıb.
FED.az xəbər verir ki, bu barədə məlumatı Dövlət Statistika Komitəsi yayıb.
Rəsmi statistikaya əsasən, sərnişindaşıma xidmətlərinin qiymətləri 3,0% azalıb, yükdaşıma xidmətlərinin qiymətləri isə 0,1% artıb. Ay ərzində poçt və kuryer xidmətləri və rabitə xidmətlərinin qiymətlərində əvvəlki ayla müqayisədə dəyişiklik müşahidə olunmayıb.