Yükdaşıma fəaliyyətini həyata keçirən hüquqi şəxs mülkiyyətində olan nəqliyyat vasitələri üçün “xüsusi fərqlənmə nişanı” almalıdırmı?
FED.az xəbər verir ki, Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən bildirilib ki, hüquqi şəxs mülkiyyətində olan avtomobil nəqliyyatı vasitələri ilə öz istehsal fəaliyyətini təmin etmək üçün özünə məxsus yüklərin daşınmasında istifadə olunan avtomobil nəqliyyat vasitələri üçün “xüsusi fərqlənmə nişanı” almalıdır. “Xüsusi fərqlənmə nişanı” mülkiyyətində avtomobil nəqliyyatı vasitələri olan vergiödəyiciləri müraciətindən sonra 5 iş günü ərzində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən verilir və bunun alınması üçün hər hansı haqq ödənilmir.
Eləcə də bax: Yol Polisi yük avtomobili sahiblərinə - MÜRACİƏT EDİB
Azərtac