Bu ilin yanvar-aprel aylarında xaricdən Azərbaycana 2 min 318 yük avtomobili idxal edilib.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, yük avtomobillərinin idxalı ötən ilin ilk dörd ayına nəzərən 295 ədəd (11,3%) azalıb. Belə ki, 2025-ci ilin ilk 4 ayında xaricdən 2 613 yül avtomobili gətirilmişdi.
Qatarla Tbilisiyə gediş haqqı 81-117-180 manat imiş - VARİANTLAR, ŞƏRAİT, QİYMƏTLƏR
Bu il yük avtomobillərin idxalına 21 milyon 625 min dollar xərclənib. Ötən ilin yanvar-aprel aylarında bu rəqəm 33 milyon 352 min min dollar xərclənmişdi. Yəni yük avtomobillərinin idxalına çəkilən xərc illik müqayisədə 11 milyon 727 min dollar (35,2%) azalıb.
Əkin sahələri azalan və artan məhsullar - SİYAHI
2026-cı ildə xaricdən alınan yük avtomobillərinin 1 ədədinin orta qiyməti 9 329 dollar (15 859 manat) olub ki, bu da, illik müqayisədə 3 435 dollar (5 min 839 manat) 27% ucuzlaşma deməkdir.
Xatırladaq ki, ötən ilin yanvar-aprel aylarında ölkəyə gətirilən yük avtomobillərinin bir ədədinin orta qiyməti 12 764 (21 699 manat) təşkil etmişdi.
Qeyd edək ki, ümumilikdə bu ilin ilk dörd ayında Azərbaycana 21 120 ədəd avtomobil idxal edilib və bu idxala 443 milyon 619 min dollar xərclənib.













