Azərbaycanda yük avtomobillərinin ydaşımalarla məşğul olması üçün rəsmi qiyməti 20 dollar olan icazə sənədi «qara bazar»da qat-qat baha qiymətə satılır.
Azərbaycandan tranzit keçən avtomobillərdən - YOL VERGİSİ ALINACAQ - SİYAHI - MƏBLƏĞ
FED.az xəbər verir ki, bu barədə millət vəkili, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Məşhur Məmmədov komitənin iclasında bildirib.
Komitədə yük daşımaları ilə bağlı «Avtomobil nəqliyyatı haqqında» və digər qanunların müzakir edildiyi iclada millət vəkili bu sahədəki problemə toxunub.
«Yük avtomobillərinin daşımalarla məşğul olması üçün rəsmi qiyməti 20 dollar olan icazə sənədi «qara bazar»da 400-500 dollara, bəzən hətta 2000 dollara satılır».
Millət vəkili bildirib i, bu da nəqliyyaat sektorundakı monopoliyanın göstəricisidir. Onun sözlərinə görə, məsələni araşdırmaq lazımdır və icazə sənədləri daha şəffaf şəraitdə və ədalətli bölünməlidir.
«Maraqlanmq lazımdır ki, sərhədi hansı maşınlar keçirlər. Baxsaq görərik ki, bir maşın il ərzində sərhədi 40 dəfə keçir, başqa maşın isə heç 1 dəfə də keçmir. Bunu araşdırmaq və statistikanı aparmaq çtin deyil».
Millət vəkili bildirib ki, bəzən iri şirkətlər bu icazə sənədlərini alırlar, sonra həmin icazələri kiçik şirkətlərə baha qiymətə satırlar: «Buna örə də indi bizim bazarda Rusiya və İran maşınları bizim şirkətləri rəqabətdə udurlar».