2025-ci ilin ilk 5 ayında Azərbaycana idxal edilən yük avtomobillərinin sayı demək olar dəyişməsə də, onların ümumi dəyəri və orta qiyməti kəskin azalıb.
Bu barədə FED.az Dövlət Gömrük Komitəsinin məlumatlarına istinadən xəbər verir.
Cari ilin ilk 5 ayında ölkəyə 3 min 337 ədəd yük avtomobili idxal edilib. 2024-cü ilin eyni dövründə bu göstərici 3 min 335 ədəd idi. Beləliklə, idxal sayı faktiki olaraq dəyişməyib (+2 ədəd).
2025-ci ildə yük avtomobillərinin idxal dəyəri 41 milyon 405 min dollar, 2024-cü ildə isə bu məbləğ 56 milyon 773 min dollar olub. Bu da dəyər baxımından 15 milyon 368 min dollar və ya 27,1% azalma deməkdir.
Cari ildə bir yük avtomobilinin orta idxal qiyməti 12 min 408 dollar (21 min 094 manat) təşkil edib. Bu isə ötən ilin eyni dövründəki 17 min 023 dollarla (28 min 939 manat) müqayisədə 4 615 dollar və ya 27,1% daha aşağıdır.