Azərbaycanda yağan qar və hava şəraitin dəyişməsi ilə bağlı olaraq bəzi bölgələrə avtobus resləri təxirə salınıb.
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi – AYNA məlumat yayıb.
Doğrudanmı Xırdalana metro çəkiləcək? - RƏSMİ AÇIQLAMA
Qurumun məlumatına görə, qarlı hava şəraitinə baxmayaraq Bakı Beynəlxalq Avtovağzal Kompleksi vətəndaşlara fasiləsiz xidmət göstərir və yanvarın 14-ü günün ilk yarısında 90-dan çox reys həyata keçirilib, 2100 sərnişin paytaxtdan regionlara yola salınıb.
Bununla yanaşı, yollardakı vəziyyətlə bağlı yalnız Qəbələ və İsmayıllı reysləri təxirə salınıb.
«Gün ərzində hərəkət cədvəlinə uyğun digər müntəzəm reyslərin həyata keçirilməsi üçün müvafiq tədbirlər görülür»-deyə məlumatda bildirilir.