2020-ci ilin yanvar-iyun aylarında Azərbaycanda yol hərəkəti qaydalarınnı pozulmasına görə, 1 milyon 565,7 min inzibati xəta qeydə alınıb.
Eləcə də bax: Dövlət Yol Polisindən - SÜRÜCÜLƏRƏ ÇAĞIRIŞ
FED.az xəbər verir ki, bu xətaların 39,9 faizi və ya təqribən 600 mini yolda müəyyən edilmiş hərəkət sürəti həddinin aşılmasının payına düşür. Yol polisi 250 min dəfə və ya ümumi pozuntuların 15,9 faizi qədər dayanma və ya durma qaydalarının pozulmasını qeydə alıb.
Pozuntuların 10,1 faizi (157 min dəfə) yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi, 9,1 faizi (142 min dəfə) svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinin payına düşüb.
İlk 6 ayda təhlükəszilik kəmərini bağlamadığına görə 113 min nəfər cərimələnib. Bundan başqa, pozuntuların 4,9 faizi epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasının payına düşüb.
Bundan başqa, ilk 6 ayda icbari sığorta müqaviləsi olmadığına görə, 72 min sürücü cərimələnib.
Qaydaların pozulmasına görə yol polisi ümumilikdə 52,6 milyon manat məbləğində cərimələr tətbiq edib.