Şərti adı B-4 olan yeni metro stansiyasının tikinti işləri gələn ilin sonuna qədər yekunlaşacaq.
Bakıda yeni metro stansiyası – FƏALİYYƏTƏ BAŞLAYIR
FED.az xəbər verir ki, bunu bu gün Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, hazırda yeni stansiyanın tikintisi normal davam etdirilir:"Stansiya 4 səviyyədən ibarət olacaq. Artıq stansiyanın 2 səviyyəsində tikinti işləri başa çatdırılıb. Hazırda qalan iki səviyyənin tikintisi aparılır. Həmçinin "8 Noyabr" stansiyasından B-4 stansiyasına qədər olan hər iki qatar yolu və tunel tikilib. Gələn ilin sonuna qədər stansiyada bütün tikinti işləri başa çatdırılacaq. Ondan sonra stansiyada avadanlıqların quraşdırılmasına başlanacaq. Əgər işlər hazırki vəziyyətdə davam edərsə, stansiya 2024-cü ilin əvvəlində istifadəyə verilə bilər".
Qeyd edək ki, «Bənövşəyi xətt»in 4-cü stansiyası (B-4) Heydər Əliyev adına İdman-Konsert Kompleksinin arxasında inşa edilir. (Trend)