“Uber”in qurucusu Travis Kalanick vəzifəsindən istefa verməklə yanaşı şirkətdəki payının bir hissəsini də satıb.
FED.az xarici mediaya istinadən xəbər verir ki, T.Kalanickin payının 30%-ni Yaponiyanın “Softbank”-ı alıb. Kalanick bu satışdan 1,4 milyard dollar qazanıb. Bununla da iş adamının sərvəti təxminən 4,24 milyard dollara yüksəlib.
Artıq “Softbank” “Uber”in səhmlərinin 15%-nə sahib olmaqla şirkətin ən böyük ortağı oldu. Səhmlərin 6%-i isə Kalanickin əlindədir.
Qeyd edək ki, “Softbank” son dövrlərdə texnologiya dünyasının ən iddialı şirkətlərinə böyük investisiyalar yatırmaqla diqqət çəkir. “Uber”in Çindəki əməliyyatlarına sahib olan “Didi Chuxing”ə investisiya edən bank, eyni zamanda Cənubi Asiyadakı “Grab” və Hindistandakı “Ola”ya sərmayə yatırıb. “Softbank”ın sərmayə yatırdığı şirkətlər arasında Böyük Britaniyanın “ARM Holdings”, ABŞ-ın “Sprint” şirkətləri, eləcə də Amazon'un Çinli rəqibi Alibaba da var.
“Softbank” ötən il texnologiya şirkətləri üçün nəzərdə tutulan 93 milyard dollarlıq sərmayə fondu qurub və bu sektordakı irili-xırdalı şirkətlərə böyük sərmayə qoymağa başlayıb.
Yapon bankı “Uber”in ən böyük ortağı oldu
10:47
19 Yan 2018