Hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar iki magistralda sürət həddi endirilib. FED.az "APA"-ya istinadən xəbər verir ki, Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh və Zığ dairəsi-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
Eləcə də bax: "Hər gün 25-30 min sərnişin daşınacaq, ən azı - 300-500 AVTOBUSUN İŞİ AZALACAQ"
“Məqsəd, hərəkətin təhlükəsizliyini təmin etməkdir. Bir daha hərəkət iştirakçılarına bu cür hava şəraitində ehtiyyatlı olmağı tövsiyə edirik. Sürücülərdən yollarda sürət həddinə əməl etmələrini, meteoroloji amilləri nəzərə almalarını və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmalarını xahiş edirik”, - deyə BNA-nın məlumatında qeyd olunub.