Uzunluğu 25 kilometr olan Xudat-Nabran avtomobil yolu əsaslı şəkildə təmir edilir.
FED.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, respublika əhəmiyyətli Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 49-74-cü kilometrlik hissəsini təşkil edəm Xudat-Nabran yolu III texniki dərəcəyə uyğun bərpa olunur. Yolun hərəkət hissəsi hazır olan ərazilərdə artıq asfaltlanma işlərinə başlanılıb. Bu işlər yolun hərəkət hissəsi 7,5 metr enində nəzərə alınmaqla və 2 layın döşənməsi işləri aparılmaqla 180 min kvadratmetrdən çox sahəni əhatə edir.
Sözügedən yolda aparılan təmir işləri yolboyu yerləşən 15 yaşayış məntəqəsinin əhalisinin gediş-gəlişinin rahatlaşmasına və sərnişin daşımasının asanlaşmasına gətirib çıxaracaq.
Eləcə də bax: Ləki-Qəbələ dəmir yolunun nə vaxt tikiləcəyi - AÇIQLANDI