"2008-2011-ci illərdə Yaşıl xəttin “Nəsimi”, “Azadlıq prospekti” və “Dərnəgül” stansiyaları sərnişinlərin ixtiyarına verildi. Metronun sonrakı inkişafının istiqamətləri müəyyənləşdirildi. Mühüm qərarlardan biri Azərbaycan Respublikası Prezidentinin 18 mart 2011-ci il tarixli “Bakı Metropoliteninin perspektiv inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı ilə təsdiq edilmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi”i oldu. Metronun inkişafı üzrə dövlət planının reallaşdırılmasınin ilk mərhələsi olan Bənövşəyi xəttin isifadəyə verilməsi ilə metroda hərəkət 3 xətt üzrə təşkil olunmağa başlandı".
Bakı Metropoliteni: "Ötən il bir sərnişinin daşınması 68 qəpiyə başa gəlib" – MÜSAHİBƏ
FED.az xəbər verir ki, bu, Bakı metropoliteninin yaydığı məlumatda bildirilir.
Qeyd edilib ki, 2011-ci ildə açılan, müstəqillik dövrünün ilk, Bakı metrosunun 3-cü xətti 18,5 kilometr uzanmaqla Xocəsən qəsəbəsindən başlayıb Qaraçuxur qəsəbəsinə çatacaq. 2016-cı ildə xəttin “Avtovağzal” və “Memar Əcəmi”, 2021-ci ildə “8 Noyabr”, “2022-ci ildə isə “Xocəsən” stansiyaları sərnişinlərin istifadəsinə verilib. Gələcəkdə bu xəttin 6-sı keçid olmaqla, daha 10 stansiyası inşa ediləcək. Bu stansiyalar 7 vaqonlu qatarların qəbuluna hesablanıb və dünya standartlarına uyğun ən müasir idarəetmə sistemləri ilə təchiz olunub. Xəttin öz deposu da qismən fəaliyyət çərçivəsində istifadəyə verilib. “Xocəsən” deposunun funksionallığı xəttin inkişafına müvafiq surətdə genişləndirəcək.
Bu gün 40.7 km bərabər olan metropoliten xətləri konseptual inkişaf sxeminə uyğun olaraq, 119,1 km-ə kimi uzanacaq, sayı 3-dən (Qırmızı, Yaşıl və Bənövşəyi) 5-ə (Mavi və Sarı) çatacaq xətlər üzərində 76 stansiya olacaq. Bu yeraltı yollar şəbəkəsinə 6 depo xidmət göstərəcək.