“Xırdalandan Bakı istiqamətinə xüsusi avtobus zolağı çəkilə bilər”.
“Pik saatların olub-olmaması fərq etmir, tıxac həmişə olur”
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə BNA-nın mətbuat katibi Mais Ağayev xüsusi avtobus zolaqları ilə bağlı mətbuat konfransında bildirib.
O qeyd edib ki, xüsusi avtobus zolağı əvvəl 10 küçədə idisə, sonradan belə küçələrin sayı 17-yə çatdırılıb. Hazırda 49 küçə ilə bağlı belə zolağın çəkilməsi gözlənilir: “Xırdalan-Bakı arasında ictimai nəqliyyat əlaqəsinin qurulmasında Bakı-Xırdalan ən vacib dəhlizlərdən biridir. Bu yolda tıxaclar qabarıq hiss olunur. Biz bununla bağlı təklif vermişik və digər müvafiq qurumların rəyindən donra həmin ərazidə xüsusi zolağın çəkilməsi barədə qərar qəbul olunacaq”.