ASCO-nun sifarişi əsasında Bakı Gəmiqayırma Zavodunda tikiləcək Xəzər dənizinin ilk hibrid enerji qurğulu dalğıc gəmisi dənizin 60 metr dərinliyində işləmək imkanına malik olacaq.
Bu barədə FED.az-a Azərbaycan Xəzər Dəniz Gəmiçiliyindən (ASCO) bildirilib
Qeyd olunub ki, ASCO-nun ekoloji siyasətinə, eləcə də Beynəlxalq Dənizçilik Təşkilatının və bir sıra digər təsnifat cəmiyyətlərinin emissiyaların azaldılması ilə bağlı tələblərinə uyğun inşa ediləcək bu gəmi həm də Prezident İlham Əliyevin elan etdiyi “Yaşıl dünya naminə həmrəylik ili”nə mühüm töhfə verəcək.