Ötən il "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC 63,9 mln. manat mənfəət əldə edib ki, bu da 2018-ci ilin göstəricisi ilə müqayisədə 21,7% çoxdur.
Eləcə də bax: Maliyyə Nazirliyi MMC-lərə xəbərdarlıq edib - "HESABATINIZI AÇIQLAYIN"
FED.az bu barədə ASCO-nun 2018-2019-cu illəri əhatə edən Dayanıqlı inkişaf haqqında hesabatına istinadən xəbər verir.
Hesabata əsasən, 2018-ci ildə Gəmiçiliyin mənfəəti 52,5 mln. manat təşkil edib.
Eyni zamanda, bu illər ərzində (2018-2019-cu illər) ASCO tərəfindən investisiya qoyuluşlarının həcmi müvafiq olaraq 164 mln. manat və 113 mln. manat təşkil edib.
"Bundan əlavə, 2017-ci illə müqayisədə 2019-cu ildə ASCO-nun kapitallaşmasında 21% artım əldə olub, QSC-nin fəaliyyətə başladığı 2014-cü illə müqayisədə isə artım 78% təşkil edib", - hesabatda deyilir. (Apa)