Cari ilin yanvar-iyun aylarında Azərbaycana 68 milyon 337 min dollar dəyərində 4 min 3 ədəd yük avtomobili idxal olunub.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir.
2023-ci iln eyni dövrü ilə müqayisədə yük avtomobili dəyər ifadəsi ilə 20 milyon 875 min dollar və ya 44%, miqdar ifadəsi ilə 842 ədəd və ya 26,6% artıb.
2023-cü ilin yanvar-iyun aylarında 47 milyon 261 min dollarlıq 3 min 161 ədəd yük avtomobili idxal edilmişdi.
1 ədəd yük avtomobilinin qiyməti 2024-cü ilin ilk 6 ayında 17 min 71 dollar (29 min 21 manat) olub ki, bu da son bir ildə 2 min 57 dollar (3 min 497 manat) və ya 13,7% bahalaşıb.
2023-cü ilin eyni dövründə isə bu göstərici 15 min 15 dollar (25 min 525 manat) olub.
Qeyd edək ki 2024-cü ilin yanvar-iyun aylarında Azərbaycanda 276 ədəd minik avtomobili istehsal edilib.
DSK-nin məlumatına əsasə əvvəlki ilin eyni dövrü ilə müqayisədə minik avtomobili istehsalı 112 ədəd və ya 68,3% artıb.
2023-cü ilin yanvar-iyun aylarında bu göstərici 164 ədəd təşkil edib.
2024-cü ilin 1 iyul tarixinə anbarlarda 65 ədəd yük avtomobili qalıb ki, bu da keçən ilin müvafiq dövrü ilə müqyaisədə 56 ədəd yaxud 7,2 dəfə artıb.
2023-cü ilin 1 iyul tarixində anbarlarda cəmi 9 ədəd yük avtomobili vardı.