Bu ilin ilk ayında Azərbaycan xaricdən 72 milyon 380 min dollar dəyərində 3 min 684 ədəd hibrid avtomobili idxal olunub.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə 2024-cü ilin yanvar ayı ilə müqayisədə ölkəyə idxal olunan hibrid avtomobillərinin sayı 2 min 449 ədəd və ya 3 dəfə, dəyəri isə 32 milyon 174 min dollar və ya 80% artıb.
Əvvəlki ildə Azərbaycana 40 milyon 205 min dollar dəyərində 1 235 ədəd hibrid avtomobili idxal edilib.
Qeyd edək ki, 1 ədəd hibrid avtomobilinin orta idxal qiyməti bu ilin ik ayına görə 19 min 647 dollar (33 min 400 manat) olub ki, bu da illik müqayisədə 12 min 908 dollar (21 min 944 manat) və ya 39,6% azalıb.
Qeyd dək ki, bu göstərici ötən ilin müvafiq dövründə 32 min 555 min dollar (55 min 344 manat) idi.