Bakıda 3, 4, 15, 65, 149, 164 və 195 nömrəli müntəzəm marşrutlar müsabiqəyə çıxarılıb.
Bakı Nəqliyyat Agentliyindən FED.az-a verilən məlumata görə, Bakı şəhərinin inzibati ərazisində fəaliyyət göstərən bütün müntəzəm marşrut xətlərinin müsabiqəyə çıxarılması nəzərdə tutulub.
Məqsəd “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli Qərarı”nın müvafiq tələbinin icrasını təmin etməkdir.
Sərnişindaşımada keyfiyyətin artırılması da müsabiqənin əsas məqsədlərindəndir.
Xatırladaq ki, müsabiqəyə çıxarılan 65 saylı marşrut indiyədək «Xaliq Faiqoğlu» şirkəti tərəfindən istismar olunurdu. Başqa sözlə, həmin marşrut sahibin dəyişəcək. «Xaliq Faiqoğlu» şirkətinin özündə bu məlumatı təsdiqləsələr də ətraflı açıqlama verməkdən imtina ediblər.
Müsabiqədə iştirak etmək istəyənlər Bakı Nəqliyyat Agentliyinə müraciət edə bilərlər.
Ünvan: Bakı şəhəri Ziya Bünyadov 111.
(Əlaqələndirici şəxs: Elvin Həsənov, telefon: 404-79-45 (daxili 2248)