İstər paytaxtdan bölgələrə, istərsə də bölgələrdən paytaxta üz tutan sərnişinlərin böyük qismi qatarlardan istifadə etməyə üstünlük verirlər.
Lakin sərnişinlərin bəziləri əsas amili yaddan çıxarırlar. Söhbət etibarnamədən gedir. 10 yaşına qədər olan uşaqlar üçün səfər zamanı etibarnamə olmasa gedişlərinə icazə verilməyəcək.
Bu qaydalar sərnişinlər üçün bir qədər vaxt itkisi olsa da, sərnişinlər belə bir etibarnamənin tələb edilməsindən narazı deyil. Sərnişinlər deyir ki, etibarnaməsiz uşaqların hər hasısa bir bölgəyə getmələri təhülkəlidir.
“Azərbyacan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin stansiya rəisi Niyaməddin Eminov isə deyir ki, bəzi hallarda bu tələbdən xəbərsiz sərnişinlər dəmiryol vağzalından geri qayıtmaq məcburiyyətində qalırlar.
Hər ay təxminən 15-20 nəfər belə sərnişin özləri ilə apardıqları uşaqlara görə etibarnamə almadıqları üçün geri göndərilir.
Stansiya rəsinin sözlərinə təhlükəsizilik qaydalarına uyğun olaraq bu cür halların baş verməməsi üçün qurum tərəfindən maarifləndirmə işləri aparılır.
Qeyd edək ki, belə etibarnamə bundan əvvəl yalnız ölkə sərhəddini tərk edərkən tələb olunurdu.
Real TV