Beynəlxalq və ölkədaxili uçuşlara müvafiq reys üçün bileti olan şəxslərin yaşadıqları və ya olduqları yerdən hərəkətinə onların biletləri əsasında, dövlət sərhədindən müvafiq qaydada ölkəyə daxil olan şəxslərin yaşadıqları və ya olduqları yerə gəlməsinə isə onların pasportuna vurulmuş ştamp əsasında yol veriləcək.
Eləcə də bax: Həftəsonları bütün ictimai nəqliyyat - DAYANDIRILIR
FED.az xəbər verir ki, bu, Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında əksini tapıb.
Məlumata əsasən, nəzərdə tutulan qaydalarla şəxslərin hərəkəti zamanı onların üzərində şəxsiyyəti təsdiq edən sənədlərin olması məcburidir.