Banner

Nəqliyyat

Ucarda məcburi köçkünlər üçün yeni yaşayış məhəlləsi - İSTİFADƏYƏ VERİLİB

Ucarda məcburi köçkünlər üçün yeni yaşayış məhəlləsi - İSTİFADƏYƏ VERİLİB | FED.az
13:00 29 Dek 2019

Dekabrın 29-da Ucar rayonunda 250 məcburi köçkün ailəsi üçün yeni yaşayış kompleksi istifadəyə verilib.

FED.az xəbər verir ki, açılış mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Ucar rayon icra hakimiyyətinin başçısı Mənsur Məmmədov və Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru Mahir Abbaszadə iştirak ediblər.

Eləcə də bax: Məcburi köçkünlər üçün yeni yaşayış kompleksi - İSTİFADƏYƏ VERİLİB

Bütün zəruri sosial-texniki infrastrukturu olan məhəllənin tikintisi “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlər çərçivəsində aparılıb. Bu, ölkə üzrə məcburi köçkünlər üçün salınmış sayca 109-cu qəsəbədir.

Yeni yaşayış məhəlləsi Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu (MKSİF) tərəfindən layihələndirilib və tikilib. Ayrılmış 4 hektar torpaq sahəsində tikinti işlərinə 2019-cu ilin may ayında başlanılıb.

Yaşayış kompleksində hər biri beş mərtəbəli olmaqla altı ədəd yaşayış binası tikilib.

Qəsəbədəki mənzillərdən 25-i birotaqlı, 110-u ikiotaqlı, 100-ü üçotaqlı, 15-i dördotaqlıdır. O cümlədən, yaşayış məhəlləsində 220 şagird yerlik məktəb, 100 yerlik uşaq bağçası, inzibati bina, klub-icma mərkəzi tikilmiş, o cümlədən müvafiq mühəndis kommunikasiya şəbəkələri yaradılmış, abadlıq və yaşıllaşdırma işləri görülüb.

Bu kompleksə Ucar rayon ərazisindəki yataqxanalarda və digər inzibati binalarda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri  köçürüləcək.

Ərazidə 1.8 km uzunluğunda videomüşahidə kabelləri çəkilib və binaların hər birində videomüşahidə kameraları quraşdırılıb.

Yeni yaşayış kompleksində abadlıq işləri görülüb, 2.20 km uzunluğunda  asfaltbeton yol-küçə şəbəkəsi salınıb, 5 ədəd sanitariya-təmizləmə meydançası tikilib və ərazidə yaşıllaşdırma işləri aparılıb.

Apa

Digər xəbərlər

Banner