28 Noyabr 2017-ci il tarixindən Uber şirkətinin fəaliyyətinə bu ölkədə şirkətin sərnişin daşınmasına lisenziyasının olmaması üzündən qadağa qoyulmuşdur. Bu son vaxtlar şirkətin başına gələn növbəti silsilə problemlərdən sonra daha birisidir. Belə ki, bu yaxınlarda şirkətin 57 milyon istifadəçisinin məlumatlarının oğurlanması və bir neçə ölkədə onun “on-line” taksi fəaliyyətinə qadağa fonunda yeni üzləşdiyi daha bir qalmaqaldır.
Bu gündən etibarən Tel-Əviv şəhəri dairə məhkəməsinin qərarına uyğun olaraq Uber taksilərinin İsraildə hərəkəti dayandırılmışdır. Şəxsi sürücülərə yanacaqla bağlı xərclərin kompensasiyasını göstərən UberNight və UberDay xidmətləridə fəaliyyətini dayandırmışdır.
Uber şirkətini məhkəməyə İsrailin Nəqliyyat Nazirliyi, yerli Taksi Sürücüləri İttifaqı və onunla taksi bazarında rəqabət aparan Gett şirkəti məhkəməyə verərək Amerikan servisinin bu ölkədə qanunsuz sahibkarlıq fəaliyyəti ilə bağlı olduğunu bildirmişlər. Xüsulə onlar sərnişin daşıma ilə bağlı onların lisenziya və icbari sığortalarının olmamasını arqument kimi ortaya atmışlar.
Məlumatda noyabr ayının sonuna qədər on minlərlə İsrail vətəndaşının Uberin xidmətindən gündəlik istifadə etdiyi bildirilir.
Qeyd etmək istərdik ki, bu ilin sentyabr ayında da Uberin Londonda fəaliyyətinə qadağa qoyulmuş və bundan sonra şirkətlə fəaliyyətini bərpa etmək üçün danışıqlar aparılmışdır.
digitalazerbaijan.az©