Türkiyədən Çinin Sian şəhərinə ixrac yükləri daşıyan daha bir konteyner qatarı Bakı limanından yola salınıb.
FED.az xəbər verir ki, “ADY Konteyner” MMC-dən verilən məlumata görə, qatar hər biri 40 futluq olmaqla 41 konteynerdən ibarətdir. Konteynerlər operatoru “ADY Konteyner” MMC olan “Barıs” gəmisi vasitəsilə Qazaxıstanın Aktau limanına çatdırılacaq. Konteynerlərdə Çinə Türkiyə istehsalı olan sənaye məhsulları daşınır.
Qatar Bakı-Tbilisi-Qars dəmir yolu ilə hərəkət edərək Bakıya çatıb.
Daşımanın operatorları Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumunun üzvləri – “Pasifik Eurasia Logistics”, “GR Logistics”, “ADY Konteyner” və “KTZ Express” şirkətləridir.