Bu gün Türkiyənin "Eti Maden" şirkətinin istehsalı olan bor məhsulları ilə yüklənmiş, 50 konteynerdən ibarət 2-ci ixrac qatarı Çinin Sian şəhərinə yola salınıb.
Eləcə də bax: BTQ ilə Türkiyədən Çinə üçüncü ixrac qatarı - Yola Salınıb
FED.az xəbər verir ki, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönmez bildirib.
Xatırladaq ki, bundan əvvəlki ixrac qatarı bu ilin yanvar ayında yola çıxmışdı və 42 konteynerdən ibarət idi.
"Koronavirus (COVID-19) pandemiyasına görə dəniz nəqliyyatı ilə daşımaların artdığı, logistika sahəsində avadanlıq çatışmazlığının yarandığı bir şəraitdə Türkiyə ixracatçıları dəmir yolunun hesabına yarışa girib", - o qeyd edib. (Report)