Martın 25-də Türkiyənin yeni - Tokat Hava Limanı istifadəyə verilib, hava limanına ilk təyyarə enib.
FED.az xəbər verir ki, İstanbuldan Tokat vilayəti istiqamətində hərəkət edən “Türk Hava Yolları”na məxsus TK 2582 saylı təyyarə aeroporta uğurlu eniş edib.
Tokat hava limanı eyni adlı şəhərdə yerləşir. Tokat şəhəri Qara Dəniz Bölgəsində – Sivas və Samsunun arasında yerləşir, buradan Qara dəniz sahilinə 100 kilometr məsafə var.
Türkiyədə həyata keçirilən ən böyük layihələrdən biri olan Tokat Hava Limanının ildə iki milyon sərnişinə xidmət edəcəyi gözlənilir. Təxminən 550 milyon türk lirəsi məbləğində sərmayə yatırılan aeroport 16 min 200 kvadratmetr sahədə inşa olunub. Aeroportun uçuş-enmə zolağının uzunluğu 2700, eni isə 45 metrdir.