Türkiyə Liviyanın şimal-qərbində yerləşən Xüms limanını 99 il müddətinə icaryə götürüb.
Türkiyə Qazaxıstanda - Gəmiqayırma Zavodu Tikir
FED.az biznes və maliyyə xəbərləri portalı “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyənin “TGRT” telekanalı yayıb.
Məlumata görə, Türkiyə sözügedən limanda hərbi baza yerləşdirəcək: “Bu, Şərqi Aralıq dənizində Türkiyənin suverenliyinin möhkəmləndirilməsinə, ölkənin ərazi suları üzərində nəzarəti gücləndirməyə və ticarət gəmilərinin təhlükəsizliyinin təmin edilməsinə imkan verəcək”.
Bildirilir ki, həmin bölgədə yaradılacaq hərbi bazada Türkiyənin pilotsuz uçuş aparatlarının və hava hücumundan müdafiə vasitələrinin yerləşdirilməsi planlaşdırılır.