Rusiya- Gürcüstan sərhədindəki Vladikavkaz Gömrük Qapısında Türkiyəyə məxsus yük avtomobillərinin həftələrdir buraxılmaması TIR-lardan ibarət 75 km-lik sıra yaradıb.
Eləcə də bax: Türkiyə ilə gömrük sahəsində daha bir sənəd imzalandı - Video
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Rusiya tərəfindən tranzit yavaşladığı üçün 5 gündə 4 kilometr məsafə belə gedə bilmədiklərini söyləyən sürücülər yemək və su qıtlığı yaşadıqlarını, təmizlik və yanacaq ehtiyaclarını qarşılaya bilmədiklərini qeyd ediblər.
Bildirilib ki, 4 minə yaxın yük maşını sərhəddə gözləmə vəziyyətindədir.
Sürücülərin sözlərinə görə, digər ölkələrin yük maşınları sərhəd keçid məntəqəsindən rahatlıqla keçdiyi halda Türkiyə TIR-larının keçidi gecikdirilir.