Türkiyənin "Albayrak" şirkəti "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”na ilkin mərhələdə 30 mln. dollar həcmində investisiya yatıracaq.
FED.az xəbər verir ki, bu barədə "Albayrak" şirkətlər qrupunun logistika üzrə direktoru Harun Öncük jurnalistlərə bildirib.
Onun sözlərinə görə, bu investisiyalar şirkətin limanda fəaliyyət göstərəcək gübrə terminalında, işləyən Ro-Ro və ağır yüklər terminallarında iştirakı çərçivəsində nəzərdə tutulur.
Harun Öncük onu qeyd edib ki, ancaq ağır yüklər terminalında quraşdırılacaq mobil qaldırıcı kranın alınmasına 4 mln. dollar vəsait xərclənib.
Şirkət nümayəndəsi əlavə edib ki, gübrə terminalını gələn ilin martın axırı üçün istifadəyə verilməsi planlaşdırılır.
Harun Öncük gələcəkdə şirkətin limanda başqa sahələrə investisiya yatırımına davam edəcəyini bildirib. (Apa)